waplog

“iPhone 11” dünyada ən populyar smartfondur


"Apple" şirkətinin qabaqcıl "iPhone 11" smartfonu beş ölkədə populyar olub. Bu barədə "Counterpoint" agentliyinin saytında dərc edilən aktual bazar tədqiqatında deyilir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Lenta www.lenta.ru" resursuna istinadən yazır ki, 2020-ci ilin aprelinə olan hesabata görə, "iPhone 11" modelinin ABŞ bazarında payı 16 faiz təşkil edib. Qurğu Çin, Böyük Britaniya, Almaniya və Yaponiya bazarlarında da liderlik edib. Məsələn, Çin bazarında qurğunun payı 4 faizə bərabər olub. "Oppo A8", "Honor 9X" və "Vivo Y3" modelləri hərəyə 3 faizə sahib çıxıb. ABŞ-da "iPhone 11" modeli və "Samsung Galaxy A10e" smartfonu arasında bazar payında liderlik fərqi müvafiq olaraq 12 və 6 faiz təşkil edib.
 
Agentlik mütəxəssisləri tərəfindən tədqiq edilən bir sıra ölkələrdə "iPhone 11" liderliyi əldən verib. Məsələn, Cənubi Koreyada ilk beşliyi "Samsung" smartfonları tutub. Birinci pillədə 11 faizlik payla "Samsung Galaxy A90 5G" modeli qərarlaşıb. Fransada birinci və ikinci mövqelərdə müvafiq olaraq 8 və 7 faizə sahib çıxan "Samsung Galaxy A51" və "iPhone 11" yer alıb. Hindistanda ən populyar smartfonlar payları 14 faizə bərabər "Xiaomi Redmi Note 8" və "Redmi 8" olub.
 
Mütəxəssislər qeyd edib ki, Cənubi Koreyada ən çox tələb olunan qurğular üçlüyü "5G" dəstəyi ilə təchiz edilib, Hindistanda ilk beşliyi "Xiaomi Redmi" smartfonları tutub. Ekspertlər vurğulayıb ki, 2019-cu ilin oktyabrında "iPhone 11" ABŞ, Böyük Britaniya, Çin, Fransa, Cənubi Koreya, Almaniya və Yaponiya bazarlarında da ən populyar smartfon olub.
 
Bir sıra bazarlarda liderlik edən "iPhone 11" 2019-cu ilin payızında təqdim edilib. Qurğu seriyada ən ucuz smartfon hesab edilib. İnsayderlərin hesabatına görə, payızda "iPhone 12" seriyalı smartfonlar satışa çıxarılacaq.
 
Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL