Elon Mask ilk dəfə dünyanın 4 ən zəngin insanı arasında yer alıb
“Tesla” və “SpaceX” şirkətlərinin təsisçisi Elon Mask ilk dəfə dünyanın 4 ən zəngin insanı arasında yer alıb. Bu barədə “Bloomberg Billionaires Index”ə istinadən “Bloomberg” agentliyi məlumat verib.
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, “Tesla” şirkətinin səhmlərinin artımı iş adamının sərvətini 84,8 milyard dollaradək yüksəldib.
Dünyanın ən zəngin insanları reytinqdə birinci yeri 188 milyard dollar varidata sahib “Amazon” şirkətinin rəhbəri Ceff Bezos, ikinci yeri 121 milyard dollara malik “Microsoft”un yaradıcısı Bill Qeyts tutub. Üçüncü yerdə isə “Facebook”un yaradıcısı Mark Zukerberq (99 milyard dollar) yer alıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL