“LG Electronics” şirkətinin dünya televizorlar bazarında payı kəskin azalıb
2020-ci ilin ikinci rübündə dünyada televizorların tədarük həcmi azalıb, ikinci ən böyük televizor istehsalçısı isə Cənubi Koreyanın "LG Electronics" korporasiyasını əvəzləyən Çinin "TCL" şirkəti olub. Bu barədə "Display Supply Chain Consultants" (DSCC) analitik şirkətinin yeni tədqiqatında deyilir.
"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm www.dailycomm.ru" resursuna istinadən yazır ki, bu ilin aprel-iyununda dünyada on beş aparıcı televizor brendi tərəfindən 38 milyon televizor tədarük edilib. Bu, illik hesablamada 2 faiz azalma deməkdir. Bununla belə, bir sıra regionlarda, məsələn, Şimali Amerika və Çində artım dinamikası müşahidə olunub. Belə ki, Şimali Amerika bazarında tədarük 39 faiz artaraq 9,5 milyon ədədə çatıb. Çində 5 faizlik artım və 11 milyon ədəd tədarük sayı qeydə alınıb. Şərqi Avropa, Cənubi Amerika, Yaxın Şərq və Afrikaya televizorların tədarükü müvafiq olaraq 22, 35 və 21 faiz azalıb.
Hesabata görə, dünya televizorlar bazarında lider Cənubi Koreyanın "Samsung" şirkəti olaraq qalır. Lakin şirkət aprel-iyunda 8,5 milyon qurğu tədarük edib ki, bu da ötən ilin göstəricisindən 6 faiz azdır. Tədarük həcmi 27 faiz artaraq 5,6 milyon ədədə çatan Çinin "TCL" istehsalçısı ikinci pilləyə yüksələrək "LG Electronics" şirkətini sıxışdırıb.
"LG" şirkətinin televizorlarının tədarükü 25 faiz azalaraq 4,4 milyon ədəd təşkil edib ki, bu da 2016-cı ildən ən pis nəticə olub. "LG" təkcə "TCL"dən deyil, eyni zamanda 4,7 milyon televizor nəticəsi ilə (artım 18 faiz) üçüncü yeri tutan Çinin digər televizor istehsalçısı – "Hisense"dən geri qalıb.
Analitiklər tərəfindən "LG" şirkətinin zəif nəticələri onun diqqəti "OLED" məhsullarına yönəltməklə üzvi işıq diodlu ekranlar əsasında televizorların satışını artıraraq onların pərakəndə satış qiymətini azaltmamağa çalışması ilə əlaqələndirilir. Bununla belə, maye-kristal və "OLED" ekranların qiyməti arasında fərq yüksək olaraq qalır.
"LG" şirkətinin 2020-ci ilin ikinci rübü üçün maliyyə hesabatına görə, televizor biznesinin daxil olduğu "Home Entertainment" bölməsinin mədaxili illik ifadədə 24 faiz azalaraq 2,26 trilyon von (1,85 milyard dollar) təşkil edib. Bu istiqamətdə əməliyyat gəliri 26 faiz azalaraq 110 milyard vona (93 milyon dollar) enib. Şirkət nümayəndələrinin sözlərinə görə, azalma pandemiya fonunda pərakəndə satış mağazalarının fəaliyyətinin dayandırılması və idman tədbirlərinin ləğvi ilə əlaqədardır.
İlk dördlüyə daxil olmayan istehsalçılar arasında mütəxəssislər tərəfindən Şimali Amerikada tədarükünü kəskin artıran "Vizio" qeyd olunur. Şirkətin televizor tədarükü 14 faiz artaraq 1,5 milyon ədədə çatıb. Bundan başqa, Yaponiyanın "Sony" şirkəti mənfi nəticəsi ilə diqqəti cəlb edib. Onun ötən rübdə televizorlarının tədarükü 27 faiz azalaraq 1,5 milyon ədədə düşüb.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL