waplog

Aparat "sürətləndiricisi”nə malik UFS 2.2 yaddaş standartı təqdim edilib


JEDEC sərtgövdəli texnologiyalar assosiasiyası yeni UFS 2.2 fləş yaddaş standartını təqdim edib. Məlumatların yazma sürətini xeyli artıran “Write Booster” texnologiyası reallaşdırılıb. Assosiasiya “UFS 2.2” standartının xüsusiyyətlərinin tam siyahısını təqdim edib və əvvəlki standartla müqayisədə edilmiş təkmilləşdirmələr haqda məlumat verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, UFS 2.2 standartının əsas xüsusiyyətlərindən biri “Write Booster” funksiyasının tətbiqi olub.  2.1 spesifikasiyası ilə müqayisədə UFS 2.2-də yaddaşa yazma sürəti xeyli artırılıb: bu, proqramların işə salınması və keşin yüklənməsi üçün lazım olan vaxtın azalmasına səbəb olur.
 
Orta büdcəli “MediaTek Dimensity 800U” və “Dimensity 720” mobil platformaları ilk olaraq UFS 2.2 yaddaş standartını dəstəkləyiblər.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL