waplog

“BlackBerry” geri qayıdır


Bu ilin əvvəlində Çinin “TCL” şirkəti “BlackBerry” smartfonlarının buraxılışının dayandırılmasını elan etmişdi ki, bunu da populyar brendin sonu hesab etmək olardı. Ancaq qəfildən yeni “BlackBerry” smartfonunun anonsu verilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “BlackBerry” smartfonlarının buraxılışı ilə yeni təsis edilmiş “OnwardMobility” şirkəti məşğul olacaq. Bu haqda şirkətin “YouTube” kanalında məlumat verilib. Təxminən 1 il fəaliyyət göstərən şirkətin əməkdaşları mobil və korporativ sənayenin qocamanlarından ibarətdir. Şirkətin saytında yazılıb ki, məqsəd ən təhlükəsiz mobil qurğular təklif etməkdir. Amma qeyd etmək lazımdır ki, cihazların bilavasitə hazırlanması və istehsalı ilə “Foxconn” şirkətinin törəməsi olan “FIH Mobile Limited” məşğul olacaq.
 
Elana görə 2021-ci ildə “Android” sisteminin idarəetməsi altında işləyən “BlackBerry” smartfonu təqdim ediləcək. O, “QWERTY” klaviatura və “5G” beşinci nəsil şəbəkəsi ilə təchiz ediləcək. Qurğu istifadəçilərə korporativ və dövlət səviyyəsində təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulmuş xüsusi proqram təminatı ilə tədarük ediləcək.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL