waplog

“Apple” şirkətinin kapitallaşması ilk dəfə 2 trilyon dolları ötüb


“Apple” tarixdə bazar dəyəri 2 trilyon dolları ötən ilk ABŞ şirkəti olub. İlin əvvəlindən “iPhone” istehsalçısının səhmləri 50 faizdən çox bahalaşıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Vesti www.vesti.ru” resursuna istinadən yazır ki, avqustun 19-da “Nasdaq” birjasında keçirilən hərrac zamanı bir “Apple” qiymətli kağızının dəyəri 468,31 dollara çatıb. Şirkətin səhmləri 466,22 dollar səviyyəsində satılır.
 
“The Wall Street Journal” nəşrinin məlumatına görə, səhmlərin bahalaşması xüsusilə koronavirus infeksiyası şəraitində əksər amerikalıların evdən təhsil alması və işləməsi şəraitində “Apple” məhsullarına yüksək tələbatla əlaqədardır.
 
Qeyd edək ki, “Apple” 1 trilyon dollarlıq kapitallaşma səviyyəsini ilk dəfə 2018-ci ilin avqustunda ötüb. Lakin 2020-ci ilin yazında – pandemiyanın ən çox yayıldığı dövrdə şirkətin qiymətli kağızları istehsalın qismən dayandırılması və dünyada pərakəndə satış mağazalarının bağlanması səbəbindən kəskin ucuzlaşmağa başlayıb. Bununla belə, iyunun əvvəlindən “Apple” səhmləri hər həftə orta hesabla 3,5 faiz bahalaşıb.
 
2019-cu ilin dekabrında kapitallaşma dəyəri 2 trilyon dollara çatan yalnız “Saudi Aramco” – mənzil-qərargahı Səudiyyə Ərəbistanında yerləşən iri neft şirkəti olub. Lakin o vaxtdan “Saudi Aramco” ucuzlaşıb – hazırda şirkətin dəyəri təxminən 1,8 trilyon dollar təşkil edir. “Apple” dünyanın ən bahalı şirkəti adını avqustun 4-də bərpa edib.
 
Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL