waplog

Taylandda baş vermiş daşqın kompyuter bazarını çökdürür


“İHS iSuppli” analitik şirkətinin məlumatına əsasən, Taylandda baş vermiş  daşqın nəticəsində 2012-ci ilin ilk rübündə təxminən 3,8 milyon kompyuter  dünya bazarına tədarük edilə bilməyəcək.

“İHS iSuppli” şirkətinin proqnozuna əsasən, 2012-ci ilin ilk rübündə bazara 84,2 milyon yeni kompyuter tədarük ediləcək. Analitiklər 2011-ci ilin dördüncü rübünün nəticəsinə görə 95,3 milyon ədəd kompyuter satışı gözləyirlər, bu göstərici isə 2012-ci ilin ilk rübü ilə müqayisədə 1,6% çoxdur.

“İHS” şirkətinin analitikləri 2011-ci illə müqayisədə  2012-ci ilin ümumi nəticəsinə görə kompyuter satışlarının 6.8% artmasını proqnozlaşdırırlar. Daha əvvəl 9,5% artım gözlənilirdi. Analitiklər qeyd ediblər ki, kompyuterlərin tədarük oluna bilməməsinin əsas səbəblərindən biri sərt disklərin çatışmazlığı olacaq.

“İDC” şirkətinin hesablamalarına əsasən, hal-hazırda sərt disk istehsal edən zavodların əksəriyyəti zərərə məruz qalıb və bərpaya ehtiyacları var.

"Sərt disk istehsalının nə vaxt qaydasına düşəcəyini təyin etmək hələ mümkün deyil.  Yalnız suyun əsas istehsal mərkəzlərindən çəkilməsindən sonra belə proqnoz vermək olar" – “İDC” şirkətindən qeyd ediblər.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL