İlk “Nokia” televizor qurğusu təqdim olunub
Finlandiyanın “Nokia” şirkəti “Android 9 TV” əməliyyat sisteminin idarəetməsi ilə işləyən “Nokia Media Streamer” televizor qurğusunu təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT www.ixbt.com” resursuna istinadən yazır ki, “Full HD” (1920 x 1080 piksel) təsvir ölçülü kontenti göstərən qurğu dördnüvəli prosessor, 1 giqabaytlıq operativ yaddaş və 8 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilib. “Nokia Media Streamer” ikidiapazonlu “Wi-Fi”, “Dolby Digital Audio” sistemi və səsli idarəetmə üçün fərdi “Google Assistant” funksiyası ilə birgə işləməyə imkan verən məsafədən idarəetmə pultu dəstəyinə malikdir.
Bundan başqa, “Nokia” və “ZEE5” şirkəti arasında əməkdaşlıq sayəsində qurğu xüsusi “ZEE5” düyməsi ilə təchiz edilib. O, istifadəçilərə 100-dən çox videoservis kanalından istifadəyə imkan verəcək. Televizor qurğusuna “Netflix” düyməsi də quraşdırılıb.
Bundan əlavə, “Nokia Media Streamer” bir neçə giriş/çıxış portları və quraşdırılmış “Chromecast” pleyeri ilə təchiz olunub.
“Nokia Media Streamer” televizor qurğusunun qiyməti 45 dollar təşkil edir.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL