waplog

Yaponiya şirkəti avtonom işləmə müddəti 24 saatadək olan yüngül ultrabuk təqdim edib


Yaponiyanın "NEC" şirkəti onuncu nəsil "Intel Core" prosessoru ilə işləyən 13 düymlük yığcam "VersaPro UltraLite VG" leptopunu təqdim edib. İstehsalçının iddiasına görə, noutbukun avtonom işləmə müddəti 24 saatadək təşkil edir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, maqnezium ərintisindən hazırlanmış incə və möhkəm korpusa malik "NEC VersaPro UltraLite VG Full" noutbuku HD təsvir ölçülü 13,3 düymlük ekranla təchiz edilib. Şirkət qurğunun müxtəlif akkumulyator tutumuna malik iki versiyasını təqdim edib: avtonom işləmə müddəti 15 saatadək və 24 saatadək olan.
 
Konfiqurasiyadan asılı olaraq, noutbuk dördnüvəli "Intel Core i5-10210U" və ya "Core i7-10510U" (Comet Lake) prosessoru, 8 və ya 16 QB LPDDR3 əməli yaddaşı, həmçinin 128, 256 və ya 512 QB-lıq sərtgövdəli daşıyıcı ilə təchiz edilib. İnterfeyslər dəstinə "Wi-Fi" və "Bluetooth" modulları, "USB Type-A" və "USB Type-C" konnektorları, "microSD" və "HDMI" yaddaş kartları üçün slot daxildir.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL