waplog

Yeni texnologiyanın köməkliyi ilə cavanlaşmaq olar


Alimlər sübut ediblər ki, beyində öyrənmə və informasiyanın yadda saxlanması prosesində iştirak edən və beyin üçün çox vacib olan proteinin toplanmasına təsir edən preparatlar qocalan hüceyrələri cavanlaşdırmağa qadirdirlər.

Bunu heyvanlar üzərində aparılan sınaqlar sübut edib. Məlumdur ki, yaşla bağlı yaddaşın keyfiyyətinin azalması, öyrənmə və yadda saxlamanın zəifləməsi beyinin hippokampus hissəsində sinapsislərin (beyin hüceyrələri arasında birləşmələr) işinin tədricən pisləşməsi və onların strukturundakı pozuntularla bağlıdır.

Sonuncu araşdırma histonların asetilləşməsinin (genlərin aktivləşməsi prosesinə nəzarət edən kimyəvi proses) yaşla bağlı dəyişikliklərə təsir etməsinin mümkünlüyündən xəbər verir.

O, xüsusilə, beyin hüceyrələrinin məlumatın yadda saxlanması (sinaptik plastiklik) qabiliyyətinə təsir edir.
Kaliforniya Universitetindən alim Suy-Vey Se isə öz həmkarları ilə birgə sübut edib ki, qoca sicovulların hippokampusunda "neyrotrofik beyin amili" (NBA) adı ilə tanınan protein daha az miqdardadır.

Bu zülal sinaptik plastikliyə görə cavabdehdir. Həmçinin, onlarda NBA geni üçün histonların asetilləşmə reaksiyasının göstəricisinin aşağı olduğu məlum olub.

Bununla belə, müəyyən preparat vasitəsilə yaşlı heyvanlarda hippokampus toxumalarının istehsalı histonların asetilləşmə səviyyəsini artırmağa imkan verib. Nəticədə heyvanlar NBA istehsalını və cavanlara xas olan sinaptik plastikliyi bərpa etməyə nail olublar.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL