“4G” dəstəkli yeni “Nokia” mobil telefonlarının fotoşəkilləri dərc olunub
“Nokia” brendli smartfonlar buraxan “HMD Global” şirkəti üç yeni ucuz qurğu – “4G/LTE” mobil rabitə dəstəkli mobil telefonlar hazırlayır.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews www.3dnews.ru” resursuna istinadən yazır ki, hazırlanan qurğulardan biri “Nokia 215” telefonunun yeni variantıdır: qurğu “Nokia 215” (2020) və ya “Nokia 215 4G” adlanacaq. Model “HMD Global” çeşidində ən ucuz “4G” telefon olacaq. Onun konstruksiyasında adi kamera belə nəzərdə tutulmayıb.
Bundan başqa, arxa kamera ilə təchiz edilən “Nokia 225” telefonunun nümayişi planlaşdırılır. Fotoşəkildə qurğunun korpusu göy rəngdə göstərilib.
Həmçinin “Leo Basic” kod adlı “Nokia” qurğusu hazırlanır. Telefon arxa kamera və intellektual səsli köməkçi funksiyasını çağırmaq üçün və fiziki düymə ilə təchiz ediləcək.
Bütün modellər naviqasiya düyməsi və ekranın altında yerləşən əlifba sıralı rəqəmli klaviatura ilə təchiz olunacaq. Proqram platforması qismində “KaiOS” mobil əməliyyat sistemindən istifadə ediləcək.
Yeni qurğuların təqdimatı sentyabra nəzərdə tutulur.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL