Bərpa edilmiş “iPad” planşetlərinin satışlarına başlanılıb
"Apple" şirkəti ABŞ, Kanada və bir sıra digər ölkələrdə rəsmən bərpa olunmuş 10,2 düymlük "iPad" planşetlərinin satışlarına başlayıb. Alıcılar yeni qurğularla müqayisədə 15 faiz qənaət edə biləcəklər.
"ICTnews" Elektron Xəbər Xidməti "Digger www.digger.ru" resursuna istinadən yazır ki, bütün rəsmən bərpa edilmiş kompüter və qurğular keyfiyyət nəzarətindən keçir, eləcə də tam yeni aksesuarlarla, məsələn, "Lightning" kabeli və qida bloku ilə təchiz edilir.
Bundan başqa, "Apple" şirkəti tərəfindən bərpa olunmuş "iPad" planşetləri üçün "AppleCare+" proqramını 69 dollara satın almaq imkanı ilə standart illik zəmanət təqdim edilir.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL