Yaxın gələcək üçün əsas İT trendlər müəyyənləşdirilib
“Gartner” analitik şirkəti yaxın illər üçün İT bazarındakı əsas trendlər barəsində öz araşdırmasını təqdim edib. 2020-ci ildə mütəxəssislər “COVID-19” pandemiyası ilə əlaqədar yeni tendensiyaları siyahıya daxil ediblər.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, belə trendlərdən biri sağlamlıq pasportu adlanır. Bu, yoluxma riskini göstərən mobil proqramdır. Belə proqramlar koronavirusa yoluxma ehtimalı yüksək olan insanların supermarketlərə, restoranlara və başqa ictimai yerlərə girişini bloklamağa imkan verir.
“Gartner”in mütəxəssislərinin sözlərinə görə, zamanla texnologiyalar insanların həyatına daha dərin nüfuz edir və insanın eyniləşdirmə, giriş əldə etmək və ödəniş üçün istifadə edilə bilən rəqəmli versiyalarının yaradılmasına gətirib çıxarır.
“Gartner”in hesabatında göstərilmiş növbəti trend alqoritmik inam məlumatların məxfiliyini və təhlükəsizliyini, aktivlərin mənbəyini, insanların və əşyaların eyniliyini müəyyənləşdirir. Məlumatların sızması və saxta xəbərlərin artması fonunda bu cür texnologiyalar daha çox aktuallaşır.
Daha bir trend silisiumsuz texnologiyalardır. Mur qanununa görə, inteqral sxemdəki tranzistorların sayı hər iki ildən bir iki dəfə artacaq, buna görə texnologiya silisiumun fiziki məhdudiyyətləri ilə üzləşəcək. Nəticədə genişləndirilmiş imkanlara malik yeni materiallar hazırlandı.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL