Növbəti ildə 300 milyon “Wi-Fi 6E” standartını dəstəkləyən qurğu tədarük ediləcək
“Wi-Fi 6E” simsiz rabitə standartını dəstəkləyən avadanlıqların tədarük həcmi sürətlə artacaq. Bu barədə “DigiTimes” resursunun sahə üzrə icmalçılardan əldə etdiyi informasiyaya istinadən məlumatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews www.3dnews.ru” resursuna istinadən yazır ki, hazırda “Wi-Fi” şəbəkələri 2,4 və 5 QHs tezlik diapazonlarından istifadə edir. “Wi-Fi 6E” standartı lisenziyalaşdırılmamış istifadə üçün daha bir – 6 QHs diapazonunun ayrılmasını nəzərdə tutur.
Məlumata görə, “Wi-Fi 6E” texnologiyası çox yüklənmiş yerlərdə yüksək məhsuldarlığın təmini üçün hazırlanıb. İlkin testlərə görə, məlumatların ötürülmə sürəti yubanma səviyyəsi 2 millisaniyə olmaqla 2 Qbit/saniyəyə çata bilər.
Analitiklərin proqnozlarına görə, 2021-ci ildə “Wi-Fi 6E” dəstəkli qlobal qurğular bazarının həcmi 310-320 milyon ədəd təşkil edəcək. İlk belə qurğunun bu ilin sonunda yaradılacağı gözlənilir.
Yeni nəsil “Wi-Fi” qurğuları üçün prosessorların yaradılması üzərində “NXP Semiconductor”, “Qualcomm”, “Broadcom” və “Qorvo” kimi şirkətlər çalışır. Bundan başqa, “Wi-Fi 6E” standartının tətbiqi ilə “MediaTek”, “Realtek Semiconductors” və “RichWave” şirkətləri məşğul olacaq.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL