“Samsung” şirkəti 11,6 düymlü planşet hazırlayır
Veb-mənbələrin məlumatına əsasən, “Samsung” şirkəti gələn ilin əvvəlində 11,6 düymlü sensor ekrana malik planşet kompyuteri təqdim edəcək.
Ekranın kəskinliyinin 2560×1600 piksel təşkil edəcəyi bildirilir. Qurğunun əsasını, ilkin məlumatlara əsasən, 32 nanometr texnoloji proses üzrə hazırlanan “Exynos 5250” prosessoru təşkil edəcək. Proqram platforması “Android 4.0” (Ice Cream Sandwich) əməliyyat sistemi olacaq.
Mini-kompyuterin “Mobile World Congress 2012” (27 fevral - 1 mart; Barselona, İspaniya) sərgisində təqdim ediləcəyi gözlənilir.İlkin hesablamalara əsasən, 2011-ci ildə təxminən 63,6 milyon planşet satılacaq.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL