“Sony” şirkəti üç il əvvəlin prosessoru ilə təchiz edilmiş smartfonunu təqdim edib
“Sony” şirkəti ötənilki “Xperia 10” qurğusunun korpusunda, amma təkmilləşdirilmiş kameralardan ibarət yeni “Xperia 8 Lite” smartfonunu təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “digger.ru” saytına istinadən yazır ki, “Xperia 8 Lite” smartfonu üç il əvvəlin prosessoru, 14 nm-lik “Qualcomm Snapdragon 630” prosessoru, 4 QB əməli yaddaş və 64 QB daxili yaddaşla təchiz edilib.
Smartfon FHD+ təsvir ölçülü 6 düymlük maye kristal ekrana malikdir.
Arxa paneldə iki kamera yerləşdirilib: 12 mp-lik (f/1.8) əsas və 8 mp-lik (f/2.4) telefoto. Selfi kameranın təsvir ölçüsü 8 mp-dir (f/2.0).
Bundan başqa, aparat 2870 milliamper/saat tutumlu akkumulyator, USB-C portu və 3,5 mm-lik audio konnektora malikdir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL