waplog

Smartfonların internet üzərindən satışı populyarlaşır


Davam edən “COVID-19” pandemiyası fonunda alıcı davranışındakı dəyişikliklər smartfonların ənənəvi mağazalarla müqayisədə internet üzərindən daha çox satılmasına səbəb olub. “Counterpoint Research”in analitikləri hesab edirlər ki, 2020-ci ilin sonunadək qlobal smartfon satışlarında onlayn satışların payı 23%-ə yaxınlaşacaq, halbuki 2019-cu ildə bu göstərici təxminən 20% təşkil edirdi.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, əvvəllər “Strategy Analytics”in mütəxəssisləri də zamanla internetin smartfon satışı üçün daha populyar platformaya çevrilməsini qeyd etmişdilər. Onların qiymətləndirmələrinə görə, 2020-ci ildə qlobal smartfon satışlarının 28%-i internet üzərindən reallaşdırılacaq.
 
“Counterpoint” analitik şirkətinin məlumatına əsasən, Hindistan smartfonların onlayn satışı üzrə lider olaraq qalır. 2020-ci ilin birinci rübündə hindistanlı alıcılar ölkədə satılmış qurğuların təxminən 40%-ni internet üzərindən satın alıblar.
 
Smartfonların internet üzərindən satışları üzrə yüksək göstəricilər başqa ölkələrdə də qeydə alınır. Məsələn, Böyük Britaniyada internet satışlarının payı 35%, Çində isə 30% olub.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL