ABŞ kvant informasiyası sahəsində tədqiqatlara 625 milyon dollar ayıracaq
ABŞ Energetika Nazirliyi növbəti beş il ərzində kvant informasiyası sahəsində yeni yaradılan beş tədqiqat mərkəzinin fəaliyyətinin maliyyələşdirilməsinə 625 milyon dollar ayırmaqla bağlı planlarını açıqlayıb. 2018-ci ildə qəbul edilən “Milli kvant təşəbbüsü haqqında” (National Quantum Initiative Act) qanuna görə, Dövlət Departamenti tərəfindən beş il ərzində kvant hesablamaları və süni intellekt sahəsində tədqiqatlara 1,2 milyard dollar ayrılacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews www.3dnews.ru” resursuna istinadən yazır ki, ABŞ-ın baş texniki direktoru Maykl Kratsios Ağ Evdə kvant informasiyası üzrə tədqiqatların maliyyələşdirilməsi məsələlərinə həsr edilən mətbuat konfransı zamanı ABŞ-ın süni intellekt və kvant texnologiyası dünyasında liderliyini davam etdirməsinin vacibliyini bildirib. “Biz bilirik ki, bütün dünyadakı rəqiblərimiz öz məqsədlərini güdür”, – o qeyd edib.
Məlumata görə, dövlət tərəfindən maliyyələşməyə əlavə olaraq layihəyə “Microsoft”, “IBM” və s. kimi texnoloji nəhənglər əlavə dəstək verəcəklər. Onlar tərəfindən bu məqsədlər üçün ümumilikdə 300 milyon dolların ayrılması nəzərdə tutulur.
Daha yeddi tədqiqat mərkəzinin fəaliyyəti yeni materialların istehsalının maliyyələşdirilməsi, hava proqnozunun dəqiqliyinin artırılması, dəqiq əkinçiliyin inkişafı və s. üçün 140 milyon dollar ayıracaq Milli Elm Fondu tərəfindən dəstəklənəcək.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL