waplog

Qlobal çap qurğuları bazarının həcmi pandemiyaya görə kəskin azalıb


"International Data Corporation" (IDC) şirkəti cari ilin ikinci rübü üzrə çap texnikası bazarı ilə bağlı araşdırmasının nəticələrini açıqlayıb. Bir çox digər İT sahələri kimi, bu sektor da pandemiyanın mənfi təsirinə məruz qalıb.
 
"ICTnews" Elektron Xəbər Xidməti "3dnews.ru" saytına istinadən yazır ki, təqdim edilmiş statistika printer, surətçıxarma aparatları və çoxfunksiyalı qurğuların tədarük həcmini nəzərə alır.
 
Məlumatda deyilir ki, cari ilin aprelindən iyununadək qlobal miqyasda 20 milyon çap qurğusu satılıb. Bu, ötən ilin ikinci rübü ilə müqayisədə 10,2% azdır.
 
Rübün nəticəsinə görə, 41% bazar payına sahib "HP" şirkəti ən böyük tədarükçü olub: şirkət üç ay ərzində 8,1 milyon qurğu satıb. 21% bazar payı və 4,3 milyon tədarük edilmiş aparat göstəricisinə malik "Canon Group" şirkəti ikinci yerdə yerləşib. "Epson" şirkəti üçüncü olub.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL