waplog

“E Ink Digital Paper” planşeti qələmli idarəetməni dəstəkləyir


“E Ink Holdings” şirkəti sənaye sinifli kompüter məhsulları tədarükçüsü “Avalue” ilə tərəfdaşlıqda elektron kağız üzərində hazırlanmış “Digital Paper” planşetini nümayiş etdirib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews www.3dnews.ru” resursuna istinadən yazır ki, qurğunun texniki xüsusiyyəti barədə ətraflı məlumat verilməsə də, onun qələmli idarəetməni dəstəkləyən monoxrom ekranla təchiz edilməsi məlumdur: istifadəçilər eskizlər çəkə, əllə yazılmış qeydlər və s. edə biləcəklər.
 
Məlumata görə, qurğu simsiz rabitəni dəstəkləyir. Akkumulyator batareyası bir dəfə enerji toplamaqla üç həftəyədək işi təmin edəcək. Planşet qalınlıq və çəkisinə görə 30 vərəqdən ibarət kağız qalağına uyğundur.
 
“E Ink Digital Paper” ilk növbədə məktəbli və müxtəlif müəssisələrin əməkdaşları üçün nəzərdə tutulub. Yeni qurğu gündəlik istifadəyə hesablanmış dözümlü korpusda hazırlanıb.
 
Qeyd olunur ki, qurğunun funksionallıq və istifadəçi interfeysi konkret ehtiyaclar – mühəndislik, riyazi, elmi proqramlar və s. üçün uyğunlaşdırıla bilər.  
 
“E Ink Digital Paper” planşetinin qiyməti və satışa çıxarılma tarixi barədə məlumat verilmir.
 
Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL