“Samsung” maye-kristal ekranların istehsalı üzrə zavodunu satıb
Cənubi Koreyanın “Samsung Electronics” korporasiyasının müxtəlif qurğular üçün ekranlar istehsal edən “Samsung Display” bölməsi Çinin Suçjou şəhərində yerləşən maye-kristal displeylərin istehsalı üzrə zavodunu “TCL Technology” şirkətinə satıb.
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT www.ixbt.com” resursuna istinadən yazır ki, bu addım şirkətin ilin sonunadək maye-kristal ekranların istehsalının dayandırılması ilə bağlı planlarına uyğundur. Cənubi Koreya istehsalçısı əsas diqqəti yeni nəsil işıq diodları əsasında hazırlanan ekranların və “QD” panellərinin istehsalına yönəldir.
Məlumata görə, “Samsung Display” şirkəti Suçjou zavodunda malik olduğu bütün payın “TCL Technology” şirkətinin “TCL Huaxing” törəməsinə satılması haqqında saziş imzalayıb. Sazişin ümumi dəyəri 1,08 milyard dollar təşkil edib.
Bu sövdələşmədən sonra “Samsung Display” bölməsi, həmçinin “TCL Huaxing” şirkətinə məxsus səhmlərin 12,33 faizini 739 milyon dollara satın alıb.
Hazırda zavod 32, 55 və 65 düym diaqonallı ekranların istehsalı üçün istifadə edilir.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL