waplog

Çinin “Huawei” şirkəti İrana avadanlıq tədarükündən imtina edib


Çinin telekommunikasiya avadanlığı istehsalçısı “Huawei Technologies” şirkəti dünən, dekabr ayının 9-da İran dövlətində öz biznesinin miqyasını məhdudlaşdırıb.

Çin şirkətinin bəyanatında qeyd edilib ki, “Huawei” şirkəti İranda biznes inkişafını könüllü olaraq məhdudlaşdırır və daha yeni müştərilərə avadanlıq  satmayacaq.

Lakin “Huawei” şirkəti İrandakı mövcud müştərilərini tam həcmdə dəstəkləməyə davam edəcək. “Huawei” şirkəti biznes miqyasını məhdudlaşdırmaq səbəbləri haqqında heç nə bildirmir, lakin şirkətin mətbuat xidməti bildirib ki, müvafiq qərar İran dövlətinin çətin vəziyyəti ilə bağlı qəbul edilib.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL