“MediaTek Helio G95” prosessoru oyun smartfonlarını dəstəkləyəcək
“MediaTek” şirkəti sentyabrın 1-də oyun səviyyəli smartfonlar üçün nəzərdə tutulan ən məhsuldar “Helio G95” prosessorunu nümayiş etdirib.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews www.3dnews.ru” resursuna istinadən yazır ki, “TSMC” müəssisəsində 12 nanometrlik texnologiya əsasında hazırlanan həllin əsasını səkkiz hesablama nüvəsi – 2,05 QHs takt tezlikli iki “Cortex-A76” və 2,0 QHs takt tezlikli altı “Cortex-A55” nüvəsi təşkil edir.
Qrafik blok maksimal 900 MHs tezlikli “Mali-G76 MC4” sürətləndiricisindən istifadə edir. Bundan başqa, 90 giqahers tezlik yeniləməsinə malik “Full HD+” (2520 × 1080 piksel) formatlı ekranlar dəstəklənir.
“Helio G95” əsaslı qurğular 64 milyon piksel təsvir ölçülü kameralar və ya 24+16 milyon piksel konfiqurasiyalı qoşa kameralarla təchiz edilə bilər. Həmçinin “Beidou/Galileo/GLONASS/GPS qəbuledicisi, “Wi-Fi 5” (802.11a/b/g/n/ac) və “Bluetooth 5.0” simsiz rabitə adapterləri və FM qəbuledicisi mövcuddur.
Çip 10 giqabayt tutumlu “LPDDR4x-2133” operativ yaddaşın, eləcə də “eMMC 5.1” və “UFS 2.1” fləş-toplayıcılarının dəstəklənməsini təmin edir. Prosessorun tərkibinə “4G/LTE Cat-12 DL/Cat-13 UL” modemi daxildir.
Prosessor oyunlarda məhsuldarlığı artırmaq, reaksiyanı yaxşılaşdırmaq və akkumulyator batareyasının enerji sərfiyyatını optimallaşdırmaq məqsədilə “HyperEngine” oyun texnologiyası ilə təchiz olunub. “MiraVision” texnologiyası görüntünün keyfiyyətini yaxşılaşdırır.
“MediaTek Helio G95” platformalı ilk qurğuların sentyabrda işıq üzü görəcəyi gözlənilir.
Nizam Nuriyev
МТСВТ
ИКТ
ТЕXHОЛОГИЧЕСКИЕ HОBШЕСТBA
ПОЧТА
О НАС
НОВОСТИ
ИНТЕРЕСНО
ИНТЕРВЬЮ
АНАЛИТИКА