waplog

“iPhone 11” bütün “Android” smartfonlarını üstələyib


“Omdia” analitik şirkəti 2020-ci ilin birinci yarısında ən çox satılan smartfonlara həsr edilən hesabat dərc edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, birinci pillədə reytinqdə yer alan digər modellərdən böyük fərqlə “iPhone 11” smartfonu qərarlaşıb. O, “iPhone XR” modelinin ötənilki uğurunu nəinki təkrarlayıb, hətta üstələyib.
 
Hesabata görə, “iPhone 11” smartfonlarının ümumi satış həcmi 37,7 milyon ədəd təşkil edib. Bu, ikinci, üçüncü və dördüncü yerləri tutan modellərin (Samsung Galaxy A51 11,4 milyon, Redmi Note 8 11 milyon və Redmi Note 8 Pro 10,2 milyon) ümumi göstəricilərindən çoxdur.  
 
Ümumilikdə reytinqdə on smartfonun doqquzu ya “iPhone” (ilk onluqda 5 yeri tutub) modeli, ya da “Redmi” (ilk onluqda 4 yerə sahib çıxıb) brendidir. İstisnanı yalnız ikinci yeri tutan “Galaxy A51” modeli təşkil edib.
 
Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL