waplog

“Samsung”un qatlanan qabaqcıl qurğusunun qiyməti məlum olub


“Samsung” şirkəti öz qatlanan smartfonunun ikinci nəslini təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru”  saytına istinadən yazır ki, “Galaxy Z Fold 2” aparatı qatlanan form-faktora malikdir – cihazın korpusu şarnirlə birləşdirilmiş iki paneldən ibarətdir. “Super AMOLED Infinity Flex” daxili ekranı 7,6 düymlük diaqonala malikdir, xarici ekranda isə bu göstərici 6,23 düymdür. Tam açılmış vəziyyətdə əsas ekranın təsvir ölçüsü 2208x1768 piksel təşkil edir, həmçinin 120 hers yeniləmə tezliyi və “HDR10+” dəstəkləyir.
 
Qurğu beşinci nəsil şəbəkələrində işi dəstəkləyən “Snapdragon 865+” çipi, 12 QB əməli yaddaş və 256 QB UFS 3.0 standartlı daxili yaddaş ilə təchiz edilib. Smartfonun arxa panelində hər birinin təsvir ölçüsü 12 meqapiksel olan üç obyektivdən ibarət kamera yerləşdirilib, saniyədə 60 kadr tezliklə 4K video çəkməyə imkan verir. Aparat 4500 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Qabaqcıl aparatın qiyməti 4150 manat təşkil edir. Qurğu sentyabrın 18-də satışa çıxarılacaq.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL