waplog

“Snapdragon 865+” prosessorlu ilk planşetin “5G” versiyası buraxılıb


“Samsung” şirkəti qabaqcıl “Galaxy Tab S7” planşetinin beşinci nəsil mobil rabitə şəbəkəsini dəstəkləyən versiyasını təqdim edib. Qurğu sentyabrın 18-dən etibarən 850 dollara satışa çıxarılacaq. “Galaxy Tab S7+” planşetinin “5G” versiyasının qiyməti isə 1050 dollar təşkil edəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT www.ixbt.com” resursuna istinadən yazır ki, planşetlər “5G” dəstəyindən başqa əvvəllər buraxılan versiyalardan fərqlənmir. “Samsung Galaxy Tab S7” planşeti 2560 х 1600 piksel təsvir ölçülü 11 düym diaqonallı “IPS” ekranla təchiz edilib. “Galaxy S7+” qurğusu 2800 х 1752 piksel təsvir ölçülü 12,4 düym diaqonallı “Super AMOLED” displeyə malikdir. Hər iki halda görüntünün yeniləmə tezliyi 120 giqahersə bərabərdir.
 
Məlumata görə, “Android 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyən “Samsung Galaxy Tab S7” və “Galaxy Tab S7+” 6 giqabaytlıq operativ və 128 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz olunub. Akkumulyatorların tutumu müvafiq olaraq 8 min və 10 090 milliamper/saat təşkil edir.
 
Planşetlərin ön kameraları 8 meqapiksellidir (F/2,0). Əsas kameraya 13 və 5 meqapikselli (F/2,0 və F/2,2) sensorlar quraşdırılıb. Hər iki qurğu “4K” təsvir ölçülü videonun saniyədə 30 kadr sürətlə yazılmasını dəstəkləyir.
 
Planşetlər “Wi-Fi 802.11ax” və “Bluetooth 5.0” modulları, “USB 3.1 Type-C” portu və böyük modeldə ekran səthi altına yerləşdirilən barmaq izi skaneri, eləcə də “S Pen” stilusu ilə təchiz edilib.
 
Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL