waplog

2024-cü ilədək “4G” dəstəkli düyməli telefonların tədarük həcmi 200 milyona yaxınlaşa bilər


Yeni “5G” mobil standartının tətbiqinin əvvəlki nəsil LTE texnologiyasından daha sürətli olmasına baxmayaraq, “Counterpoint” şirkətinin analitikləri “4G” cihazlar bazarını gözardı etməməyə səsləyib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, beşinci nəsil mobil rabitənin lider olmasına ən azı 10 il vaxt lazımdır. Həmin vaxtadək isə “4G” və “5G” texnologiyaları birgə mövcud olacaq. Mütəxəssislərin qiymətləndirməsinə görə, “4G” dəstəkli "feature phone" kateqoriyasına məxsus mobil telefonların tədarük həcmi 200 milyona yaxınlaşacaq və belə miqyasda olan bazar gözardı edilə bilməz.
 
Yaxın gələcəkdə Hindistan, Yaxın Şərq və Afrika düyməli telefonlar bazarının əsas hərəkətverici qüvvəsi olaraq qalacaq. “Counterpoint” şirkətinin proqnozuna görə, növbəti 5 ildə bu regionlara 740 milyondan çox belə qurğu tədarük ediləcək ki, bu da ümumi tədarük həcminin təxminən 75%-ni təşkil edəcək.
 
2024-cü ilədək Hindistan düyməli aparatların ən böyük satış bazarı olacaq, ikinci və üçüncü yerləri müvafiq olaraq Banqladeş və Nigeriya tutacaqlar.
 
Yaxın Şərq və Afrika düyməli telefonlar üçün ən böyük regional bazar olaraq qalır. Ötən rüb ümumi tədarük həcminin təxminən 50%-i bu regionun payına düşüb.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL