waplog

“Regional İnnovasiya Zonası” layihəsinin həyata keçirilməsi üçün müzakirələr aparılır


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən “Regional İnnovasiya Zonası” (RİZ) layihəsinin həyata keçirilməsi üçün müvafiq dövlət hakimiyyəti orqanları ilə birgə müzakirələr aparılır.

Ölkənin mövcud qanunvericiliyinə uyğun olaraq, RİZ yaratmaq üçün tələb edilən sənədlər hökumətə təqdim edilmişdir.

Layihə informasiya və kommunikasiya texnologiyalarının (İKT) ölkə iqtisadiyyatında nisbi əhəmiyyətini artıracaq, Azərbaycanın İKT bazarına potensial xarici investorlar cəlb edəcək, elektron avadanlıq istehsalı və ixracı üzrə yeni iş yerləri yaradacaq və respublikanı regionda İKT üzrə mərkəzə çevirmək üçün ölkənin ixrac potensialını artıracaqdır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL