“HDR10+” standartını dəstəkləyən ilk “4K” proyektor nümayiş olunub
“Samsung” şirkəti “HDR10+” sertifikasiyasından keçən modellərin daxil olacağı “The Premiere” adlı “4K Ultra Short Throw” (UST) lazer proyektorlar seriyasını təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT www.ixbt.com” resursuna istinadən yazır ki, seriyaya 130 düym diaqonallı “LSP9T” və 120 düymlük “LSP7T” modelləri daxildir. Hər iki proyektor “4K” təsvir ölçüsünü dəstəkləyir. Lakin yalnız birinci model “HDR10+” genişləndirilmiş dinamik diapazon dəstəyinə malikdir. Parlaqlıq 2800 “ANSI” lümen təşkil edir.
Məlumata görə, istehsalçı tərəfindən filmlərin seyr edilməsi üçün “Premiere” adlı xüsusi rejim əlavə olunub. Proyektorlar “Samsung Smart TV” əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Bundan başqa, istifadəçilər tərəfindən videoların translyasiyası üçün müxtəlif əlavələr quraşdırıla bilər.
“LSP9T” proyektor modelinin Niderlandda tövsiyə edilən qiyməti 6 499 avro təşkil edir. “LSP7T” isə 3 499 avro dəyərində qiymətləndirilib. Payızda Avropa, Cənubi Koreya və ABŞ-da satışa çıxarılacaq yeni qurğuların texniki xüsusiyyətləri barədə ətraflı məlumat sonradan veriləcək.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL