Azərbaycan və Bolqarıstanın Elmlər akademiyaları İT sahəsində əməkdaşlıq edəcəklər
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu (İTİ) və Bolqarıstanın Elmlər Akademiyası informasiya texnologiyaları sahəsində əməkdaşlığın aspektlərini müzakirə ediblər.
Bu sahədə iki ölkənin elmi müəssisələrinin əməkdaşlığının perspektivləri İTİ-nin direktoru Rasim Əliquliyevin BEA prezidenti Nikola Sabitonovla görüşü çərçivəsində müzakirə olunub.
Tərəflər innovativ infrastrukturun formalaşması, innovasiya fəaliyyətinin təşkili, elmi-texniki və istehsalat sahələrində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər. Bolqarıstan tərəfi alimlərin intellektual əməklərinin xarici bazarlara çıxarılmasını da nəzərdən keçirir.
Müzakirələrdə proqram mühəndisliyi, GRID-sistemlər və "buludlu hesablamalar" sahəsində mütəxəssislərin hazırlanması üzrə əməkdaşlığın vacibliyi qeyd olunub, informasiya təhlükəsizliyi, viruslarla mübarizə metodlarının hazırlanması sahəsində əməkdaşlığın mümkünlüyündən danışılıb.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL