waplog

“OPPO A32” smartfonu təqdim edilib


“OPPO” şirkəti “OPPO A32” adlı yeni orta qiymət kateqoriyasına məxsus smartfonunu təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, yeni “Qualcomm Snapdragon 460” mobil platforması əsasında hazırlanmış cihaz 4 və ya 8 QB əməli yaddaşa malik konfiqurasiyalarda  təklif edilir. Hər iki halda daxili daşıyıcının tutumu 128 QB təşkil edir, “microSD” (256 QB-dək) yaddaş kartını quraşdırmaqla onun tutumunu artırmaq olar. Smartfon 1600x720 piksel təsvir ölçülü və 90 hers yeniləmə tezlikli 6,5 düymlük ekranla təchiz edilib.
 
Qurğunun arxa tərəfində 13 meqapiksellik (mp) əsas sensor, 2 mp-lik dərinlik datçiki və makroçəkiliş üçün 2 mp-lik moduldan ibarət əsas kameranın düzbucaqlı bloku yerləşdirilib. Ekrana yerləşdirilmiş ön kamera 16 mp-dək təsvir ölçüsündə şəkillər çəkməyə imkan verir.
 
18 vatlıq sürətli enerjidoldurma texnologiyasına malik 5000 milliamper/saat tutumlu akkumulyator qurğunun avtonom işləməsini təmin edir. Arxa qapaqda quraşdırılmış barmaq izləri skaneri təhlükəsizliyi təmin edir. Smartfon göy, yaşıl və qara rəngli korpuslarda əlçatandır.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL