waplog

“Unpacked for Every Fan” virtual tədbiri keçiriləcək


"Samsung" şirkəti sentyabrın 23-də keçiriləcək növbəti "Unpacked for Every Fan" təqdimatı üçün dəvətnamə dərc edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, Cənubi Koreya istehsalçısı tərəfindən tədbirdə hansı yeni qurğuların nümayiş olunacağı barədə məlumat verilmir. Buna baxmayaraq müşahidəçilərin fikrincə, "Galaxy S20 FE" və ya "Fan Edition" smartfonu nümayiş olunacaq.

 

Smartfonun 2400 × 1080 piksel (Full HD formatı) təsvir ölçülü və 120 giqahers tezlik yeniləməli 6,5 düymlük "Infinity-O" ekran, "Qualcomm Snapdragon 865" və ya "Samsung Exynos 990" prosessoru, 6 giqabaytlıq operativ yaddaş və 128 giqabaytlıq quraşdırılmış yaddaş ilə təchiz ediləcəyi gözlənilir. Ön tərəfdə 32 meqapiksell kamera, arxada 12 12 8 milyon piksel konfiqurasiyalı üç kamera yerləşəcək. Enerji 4500 milliamper/saat tutumlu akkumulyator batareyası tərəfindən təmin olunacaq.

 

Bundan başqa, "Unpacked for Every Fan" tədbirində "Galaxy Note 20" və "Galaxy Note 20 Ultra" kimi mövcud "Samsung" qurğularının xüsusi versiyalarının təqdim ediləcəyi istisna olunmur.

 

Tədqimatın onlayn formatda keçirilməsi koronavirus infeksiyasının yayılmasının davam etməsi ilə izah olunur.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL