waplog

“ByteDance” şirkəti ABŞ-da öz biznesini “Microsoft”a satmaqdan imtina edib


"TikTok" mobil proqramı üzərində hüquqlara sahib Çinin "ByteDance" şirkəti ABŞ-da öz biznesini "Microsoft" korporasiyasına satmaqdan imtina edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, eyni zamanda öz mənbələrinə istinadən Blumberq agentliyi məlumat verib ki, sözügedən biznesə ikinci iddiaçı olan "Oracle" şirkəti son günlərdə satınalma ilə əlaqədar danışıqları sürətləndirib.

 

Çinin "ByteDance" şirkətinə məxsus "TikTok" qısamüddətli videolar hazırlamaq və izləmək üçün mobil proqramdır. 2018-ci ildə istifadəyə verilmiş proqram Çində qısamüddətli video seqmentində lider olub və dünyada populyarlaşıb.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL