waplog

“YouTube” xidməti “TikTok”un analoqunu istifadəyə verib


"YouTube" administrasiyası qısamüddətli kliplərin dərc edilməsi üçün öz xidmətini istifadəyə verib. "TikTok" və "Reels" xidmətlərində olduğu kimi, "YouTube Shorts" istifadəçiləri də davametmə müddəti 15 saniyəyədək olan videolar çəkə, videonun sürətini dəyişdirə, "YouTube"un geniş kataloqundan videoeffektlər və musiqi əlavə edə bilərlər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "vesti.ru" saytına istinadən yazır ki, "YouTube Shorts" xidməti ilk olaraq Hindistan bazarı üçün "YouTube Android" mobil proqramında əlçatan olub. Yeni funksiya sonralar başqa regionlarda əlçatan olacaq, həmçinin "iOS" versiyası istifadəyə veriləcək.

 

"TikTok"da olduğu kimi, qısamüddətli klipin çəkilişi üçün yazma düyməsini sıxıb saxlamaq lazımdır. Davametmə müddəti daha uzun olan videoları smartfonun qalereyasından yükləmək lazımdır.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL