waplog

“Facebook” təsadüfən “Oculus Quest 2” virtual reallıq şleminin xüsusiyyətlərini yayımlayıb


“Facebook”un öyrədici çarxları sayəsində yeni “Oculus Quest 2” virtual reallıq şleminin xüsusiyyətləri məlum olub. Cihazın təqdimatı bu həftəyə planlaşdırılmışdı.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, sözügedən şlem populyar “Oculus Quest” modelini əvəz edəcək. Aparat platforması kimi artırılmış və virtual reallıq qurğuları üçün xüsusi olaraq işlənib hazırlanmış “Qualcomm Snapdragon XR2” çipsetindən istifadə edilir. İki ekranın ümumi təsvir ölçüsü 4K təşkil edəcək. Cihaz 256 QB-lıq daşıyıcı və 6 QB əməli yaddaşa malik olacaq.

 

Bundan başqa, virtual reallığı tam hiss etmək üçün yeni şlemə 3D səs reallaşdırılacaq. Məkanda daha dəqiq hərəkət edə biləcək kontrollerlər də dəyişdiriləcək, bəzi senarilərdə isə kontrollersiz də virtual reallığı idarə etmək mümkün olacaq.

 

“Oculus” şirkəti üzərində hüquqlara sahib “Facebook” şirkəti sentyabrın 16-da keçiriləcək “Facebook Connect” tədbirində şlemi təqdim etməyə hazırlaşır. Qurğunun qiyməti 400 dollar təşkil edə bilər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL