waplog

Bristol Universitetində yığcam kvant prosessoru yaradılıb


Bristol Universitetindən olan mühəndislər qrupu ilk çoxməqsədli yenidən proqramlaşdırılan kvant foton çip hazırlayıb.

Yeni çipdə silisium dioksidindən hazırlanmış bir neçə dalğaötürücü (qısa məsafələrə radio dalğalarını ötürən boru) kanal mövcuddur.

Elektrodların necə proqramlaşdırılmasından asılı olaraq, çip müxtəlif kvant vəziyyətini həyata keçirə bilər. Yaradılmış çip təcrübədə iki kvant biti ilə əməliyyat keçirməyə imkan verir.

Yeni kvant çipinin üstünlüklərindən biri də onun ölçüləridir. Prosessorun ölçüləri tamamilə kiçikdir - 70 x 3mm. Kiçik ölçüyə malik olması onu yığcam qurğular daxilində yerləşdirməyə imkan verir.

Bristol mütəxəssisləri bildiriblər ki, onların hazırladığı kvant çipi öz strukturuna görə müasir elektron çiplərə oxşardır, lakin onda elektrik deyil, işıq istifadə olunur. Bristol Universitetinin press-relizində yaradılmış prosessor mobil qurğu və ya noutbuk daxilində yerləşə bilən ilk kvant çipi adlanır.
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL