waplog

Dinlənilməyən mobil telefonlar məlum olub


Dünyada mövcud texniki həllərin istənilən mobil telefonu dinləməyə imkan verməsinə baxmayaraq А5/3 şifrləməsi ilə mühafizə olunan “VoLTE” mobil şəbəkələrində danışıqlar ələ keçirilməyə qarşı ən dözümlüsüdür. Bundan başqa, dinləməni çətinləşdirən qurğular mövcuddur. Bu barədə Rusiyanın “Jet Infosystems” şirkətinin eksperti Dmitri Kuramin bildirib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, onun sözlərinə görə, telefonların əksər hissəsi ilk növbədə rabitə operatoru tərəfində texniki uyğunsuzluq səbəbindən dinləməyə məruz qalır. “Xüsusi avadanlıq tətbiq edildiyi halda danışıqları real vaxt rejimində ələ keçirmək mümkündür. Mobil telefon danışıqlarını müxtəlif səviyyələrdə – məsələn, proqram təminatı səviyyəsində (söhbət troyan və təhlükəsizlik sisteminə gizli şəkildə yerləşdirilən digər proqramlardan gedir) dinləmək olar”, – ekspert qeyd edib.

 

Digər səviyyə cinayətkarlar tərəfindən sonradan dinlənilən abunəçi qurğularının qoşulduğu operator parametrlərinə uyğun baza stansiyasının yaradılmasıdır. Abunəçi tərəfində qorunması qeyri-mümkün olan dinləmə operatorun şəbəkə infrastrukturu səviyyəsində baş verir.

 

Bildirilir ki, istehsalçılar tərəfindən dinləmədən qorunmasına zəmanət verilən smartfonlar mövcuddur. Belə qurğular adətən adi telefonlardan baha olur. “Məsələn, “BlackBerry” mobil telefonlarında dinləməni çətinləşdirən şifrləmə sistemi tətbiq olunub. Lakin bu sistemin işləməsi üçün həmsöhbətlərin eyni qurğudan istifadə etməsi tələb olunur”, – D.Kuramin vurğulayıb.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL