waplog

Yığcam “Sony Xperia 5 II” smartfonu təqdim edilib


“Sony” şirkəti sahə üzrə bazarda ən keyfiyyətli displeylərdən biri ilə təchiz edilmiş yığcam “Xperia 5 II” smartfonunu təqdim edib. Yenilik böyükölçülü smartfonları sevməyən, amma şəkil çəkməyi, musiqi dinləməyi, oyun oynamağı və tam ekranda video izləməyi sevənlər üçün uyğundur.

 

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, “Xperia 5 II” aparatı tərəflər nisbəti 21:9 olan, HDR texnologiyasını dəstəkləyən genişformatlı “CinemaWide” OLED displeyi ilə təchiz edilib. Displeyin yeniləmə tezliyi 120 hersdir.

 

Bundan başqa, sensor displeyin reaksiya tezliyi 240 hs-dək artırılıb. Bu o deməkdir ki, “Xperia 5 II”nin ekranı əvvəlki modelin displeyi ilə müqayisədə toxunuşlara 4 dəfə daha sürətli reaksiya verir.

 

Qabaqcıl “Snapdragon 865” platforması ilə işləyən qurğu 8 QB əməli yaddaşa malikdir. Fləş daşıyıcının tutumu 128 və ya 256 QB-dır. Avropada “Xperia 5 II” aparatı iki SİM kart və “5G” şəbəkələrini dəstəkləyən variantda təklif ediləcək.

 

“Sony” şirkətinin yeni smartfonunda arxa paneldə 3 ədəd 12 mp-lik “ZEISS” obyektivi yerləşdirilib: sensorunun ölçüsü 1/1,7 düym olan və şəklin optik sabitləşməsini dəstəkləyən əsas, fokus məsafəsi 16 mm olan genişbucaqlı, fokus məsafəsi 70 mm olan və 3 qat optik zuma malik teleobyektiv. Yan tərəfdə çaxmaq üçün ayrı bir düymə nəzərdə tutulub.

 

Həmçinin aparatda qulaqlıqlar üçün 3,5 mm-lik konnektor (“Dolby Atmos” və “360 Reality Audio” dəstəyi var) və təmassız ödənişlər üçün NFC çipi var.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL