waplog

Ramin Quluzadə BMT-nin Dayanıqlı İnkişaf Naminə Genişzolaqlı İnternet üzrə Komissiyasının iclasında çıxıb edib


BMT-nin Dayanıqlı İnkişaf Naminə Genişzolaqlı İnternet üzrə Komissiyasının illik virtual iclası keçirilib.
 
Sözügedən iclasın "Heç kimi geridə buraxmamaqla daha yaxşı və güclü gələcək" adlı birinci sessiyasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə çıxış edib. Nazir genişzolaqlı internetin inkişafında Azərbaycanın təcrübəsi və regional əhəmiyyəti haqqında danışıb, eyni zamanda koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması üzrə görülən tədbirlər haqqında məlumat verib.
 
Qeyd edək ki, Minilliyin İnkişaf Məqsədlərini qarşılamaq üçün BMT-nin səylərinin artırılmasına dair təşkilatın sabiq baş katibi Ban Ki-Munun çağırışlarına cavab olaraq Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və YUNESKO tərəfindən Rəqəmsal İnkişaf Naminə Genişzolaqlı Komissiya yaradılıb. Bu il 10 illiyini qeyd edən Komissiya 2010-cu ilin may ayında genişzolaqlı rabitənin beynəlxalq siyasət gündəmində əhəmiyyətini artırmaq, milli və beynəlxalq inkişaf hədəflərinə nail olmaq, hər bir ölkədə genişzolaqlı rabitədən istifadənin artırılması məqsədilə fəaliyyətə başlayıb.  
 
Dayanıqlı İnkişaf Naminə Genişzolaqlı Komissiya inkişaf etməkdə olan ölkələrdə və yaşayış səviyyəsi aşağı olan icmalarda genişzolaqlı rabitənin yüksək səviyyədə təşviqi ilə məşğuldur.
 
Komissiyanın həmsədrləri Ruanda Respublikasının prezidenti Paul Kagame və "Carlos Slim" Fondunun sahibi Karlos Slim Helu, sədr müavinləri isə BTİ-nin baş katibi Houlin Zhao və YUNESKO-nun baş katibi Odri Azulaydır.
 
Nazir Ramin Quluzadə 2016-cı ildən etibarən Komissiyada komissar seçilib. Həmin ilin sentyabr ayında ilk dəfə Komissiyanın Nyu-Yorkdakı iclasında iştirak edib.
 







NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL