Dünyada ən sürətli SSD daşıyıcı təqdim edilib
“Adata” şirkəti “PCI Express 4.0 x4” interfeysini dəstəkləyən “M.2” formatlı yeni SSD daşıyıcısını təqdim edib. Şirkətin rəsmisi əmin edir ki, “XPG Gammix S70” məlumatları rekord sürətdə ötürmək qabiliyyətinə malik olan ən sürətli daşıyıcıdır.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, istehsalçının məlumatına görə, “XPG Gammix S70” daşıyıcısı məlumatları saniyədə 7400 MB-dək sürətlə oxuyur, saniyədə 6400 MB-dək sürətlə isə yazır. Müqayisə üçün, “Samsung 980 Pro PCIe 4.0 M.2” daşıyıcısında müvafiq göstəricilər 7000 və 5000 MB/s təşkil edir.
Daşıyıcı istiliyin daha yaxşı yayılmasına imkan verən qeyri-adi formalı alüminium radiatorla təchiz edilib. Nəticədə çipin temperaturu 30% azalır.
“Adata” şirkəti “LDPC” səhvlərin düzəlişi və “AES” 256 bitlik şifrləmə texnologiyalarından istifadə haqqında bildirib. Bundan başqa, istehsalçı qurğuya 5 illik zəmanət verir.
Daşıyıcı 1 və 2 TB-lıq versiyalarda əlçatan olacaq. Satışların başlama tarixi və qiyməti hələ açıqlanmayıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL