“Samsung” proqram tərtibatçıları üçün konfransı ləğv edib
“Samsung” şirkəti 2020-ci ildə proqram tərtibatçıları üçün illik konfransın keçirilməyəcəyini açıqlayıb. Şirkət nümayəndələrinin sözlərinə görə, bununla bağlı müvafiq qərar davam edən “COVID-19” pandemiyası ilə əlaqədar qəbul edilib. Şirkət bununla diqqəti sağlamlıq və təhlükəsizliyin onun üçün birinci yerdə olmasına cəlb edir.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews www.3dnews.ru” resursuna istinadən yazır ki, tərtibatçılar konfransında “Samsung” adətən “Bixby” səsli köməkçi funksiyasının yeni imkanlarını, yenilənmiş “ağıllı” ev məhsullarını və s. nümayiş etdirir. Məhz “Samsung Developer Conference” konfransı zamanı şirkət ilk dəfə “One UI” interfeysini təqdim edib. Lakin tədbirin ləğv olunmasına baxmayaraq tərtibatçılar platformaların yeniləmələri barədə veb-sayt və forumlar vasitəsilə xəbərdar ediləcək.
Tədbirin ləğv edilməsi gözlənilməz olmasa da, məsələnin təkcə “COVID-19” ilə əlaqədar olmaması ilə bağlı söz-söhbətlər dolaşır. Şayiələrə görə. “Samsung” şirkəti “Bixby” kimi məhsulların tanıdılmasında durğunluqla üzləşib. Bu səbəbdən konfransda nümayiş ediləsi məhsul yoxdur. Həmçinin ehtimal olunur ki, “Google” şirkəti Cənubi Koreyanın texnoloji nəhəngini “Bixby” və “Galaxy Store” kimi proqram həllərindən imtina edərək “Google Assistant” və “Google Play” həllərinə keçməyə məcbur etməyə çalışır.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL