waplog

Avropa Birliyi nəhəng şirkətlər üzərində nəzarəti sərtləşdirəcək


Avropa Komissiyası “Google”, “Amazon”, “Facebook” və “Apple” kimi böyük rəqəmli şirkətlər üzərində nəzarəti gücləndirmək niyyətindədir. Bu haqda “Financial Times” qəzeti yazıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, daxili bazar üzrə Avropa komissarı Tyerri Breton qəzetə belə deyib.

 

O bildirib ki, bazarda fəaliyyət göstərən böyük şirkətlərin üstün mövqeyi istifadəçilərin və ya daha kiçik rəqiblərin maraqlarını təhdid edərsə, Avropa Birliyi ölkələri həmin şirkətlərə müqavimət göstərmək səlahiyyəti ilə təmin ediləcək.

 

Onun sözlərinə görə, yeni nəzarət qaydaları hazırlanır. Təkliflər razılaşdırıldıqdan sonra onların Avropa Parlamenti və Avropa Şurası tərəfindən təsdiqlənməsi lazımdır. Belçikanın “Belga” agentliyinin məlumatına görə, qaydalar cari ilin sonunadək təqdim ediləcək. Həmin qaydalara, həmçinin dezinformasiya və şəxsi məlumatların qorunması ilə mübarizə tədbirləri də daxildir.

 

Bundan əvvəl Avropa orqanları bir sıra korporasiyalar barəsində araşdırma keçiriblər. Onlardan bəziləri cərimələnib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL