waplog

“Apple”ın rəhbəri şirkətin distant iş rejiminə uğurlu keçidi haqqında məlumat verib


Koronavirus pandemiyası dövründə bir çox şirkətlər öz əməkdaşlarını distant iş rejiminə keçiriblər. Belə təcrübənin nə dərəcədə uğurlu olması barədə məlumatlar artıq internetdə dərc edilir. Məsələn, “Apple”ın rəhbəri Tim Kuk şirkətin distant iş rejiminə uğurlu keçidi haqqında məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, “The Atlantic Festival” tədbirində Tim Kuk tərəfindən verilmiş müsahibədə çox maraqlı fikirlər söylənilib. O deyib ki, “Apple”ın işçilərinin distant iş rejiminə keçməsinə baxmayaraq, şirkət yeni nəsil qurğularını (“iPad” və “Apple Watch”) təqdim etməyə müvəffəq olub. Bundan başqa, ABŞ şirkətinin rəhbəri, həmçinin rəhbərliyin əməkdaşların bir hissəsinin daimi olaraq distant iş rejiminə keçirilməsi imkanının nəzərdən keçirilməsi barədə məlumat verib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL