waplog

“Samsung”: “Smartfonlar evdən işləyərkən istifadəçilərin çoxməqsədliliyini artırıb”


“Samsung” şirkəti özünütəcridə və məsafədən iş və distant təhsil üçün platformalara tələbatın kəskin artmasına səbəb olan pandemiya ilə əlaqədar smartfon və kompüter qurğularından istifadə üzrə dəyişikliklərlə bağlı tədqiqat aparıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, tədqiqata görə, bu il insanların 82 faizi işi evdən görüb. Bununla yanaşı, smartfon (artım 68 faiz), noutbuk (58 faiz) və planşetlərdən (53 faiz) istifadə vaxtı xeyli artıb.

 

İstifadəçilərin təxminən 74 faizi evdən işləyərkən eyni anda bir neçə vəzifəni yerinə yetirmək üçün smartfonlara müraciət edib. Həmçinin respondentlərin 79 faizi yeni qurğu seçərkən eyni anda bir neçə tapşırığı effektiv yerinə yetirmə və bir neçə proqramdan istifadə imkanına diqqət yetirdiyini qeyd edib.

 

Özünütəcrid şəraitində dünyada bütün insanlar videomaterialların baxılmasına, sosial şəbəkələrə və internet mağazalarına daha çox vaxt sərf etməyə başlayıblar. Eyni zamanda videozənglərin populyarlığında kəskin artım qeydə alınıb.

 

Sorğu iştirakçılarının təqribən 98 faizi tərəfindən smartfon ən çox istifadə edilən qurğu adlandırılıb. Mobil qurğular digər kompüter qurğuları kateqoriyası ilə müqayisədə daha çox geniş fəaliyyət dairəsi üçün istifadə olunur.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL