“5G” smartfonlarının satışının 70 faizi Çinin payına düşüb
“Counterpoint Research” şirkəti 2020-ci ilin ikinci rübündə beşinci nəsil mobil rabitə şəbəkəsini dəstəkləyən smartfonların satış həcminin artaraq dünyada smartfon tədarükünün 10 faiz təşkil etməsini açıqlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT www.ixbt.com” resursuna istinadən yazır ki, bununla yanaşı, “5G” dəstəkli smartfonların satışından əldə olunan mədaxil dünyada bütün smartfonların mədaxilinin 20 faizinə bərabər olub. Onlar arasında Çin “5G” smartfonlarının satışına ən böyük töhfə verir. Məlumata görə, dünyada “5G” dəstəkli smartfonların satışından mədaxilin 72 faizi Çinin payına düşüb. Mədaxilin əksər hissəsi “Huawei” şirkəti tərəfindən buraxılan “5G” smartfonlarından daxil olub. Bundan başqa, Çinin smartfonlar bazarında orta satış qiyməti ötən illə müqayisədə 12 faiz artıb.
Hesabata görə, Asiya-Sakit okean regionu, Çin, Avropa, Yaxın Şərq, Afrika, Şimali Amerika və digər regionlar 2020-ci ilin ikinci rübündə orta satış qiymətinin ümumi artım tempinin 10 faizini təmin edib. Lakin Cənubi Amerika orta satış qiymətinin ötən illə müqayisədə 5 faiz azaldığı yeganə regiondur.
Hesabatda qeyd olunur ki, bu ilin ikinci rübündə dünya smartfonlar bazarında orta qiymət ötən ilin analoji dövrü ilə müqayisədə 10 faiz artıb. Cənubi Amerika istisna olmaqla bütün regionların orta qiymətlərində artım qeydə alınıb. Bu, əksər “5G” smartfonlarının ikinci rübdə yaxşı satılması ilə əlaqədardır.
Bununla yanaşı, smartfonların tədarükü illik hesablamada 23 faiz azalaraq rekord səviyyəyə çatıb. İkinci rübdə əksər “OEM” smartfon istehsalçılarının tədarükü azalsa da, “Apple” şirkətinin illik hesablamada tədarük həcmi 3 faiz, “iPhone” modellərinin isə 2 faiz artıb. Buna baxmayaraq “Apple” indiyədək “5G” dəstəkli smartfona malik deyil.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL