waplog

Virtual reallıqda yeriş üçün ayaqqabı təqdim edilib


ABŞ startapı tərəfindən təqdim edilmiş ayaqqabı virtual reallıqda istifadəçinin yerişini təqlid edə bilər. Qurğu 2-4 il ərzində satışa çıxarılacaq.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, Pittsburq şirkəti öz ilk məhsulunu – "Ekto One" ayaqqabısını nümayiş etdirib. Bu, virtual reallıqda yerişin və ya qaçışın imitasiyası üçün tətbiq edilə bilən bir cüt avtomatlaşdırılmış qurğudur, bu halda istifadəçi öz yerində qalır. Startap öz yeniliyini "Half-Life" oyununun nümunəsində təqdim edib.

 

Ayaqqabıda çəkisi yüngül olan karbon lifli konstruksiyadan, virtual reallıqda hərəkətin izlənilməsi üçün "HTC" şirkətinin "Vive Tracker" şaybalarından istifadə olunur. Qurğunun aşağı hissəsində yerləşdirilmiş iki fırlanan lövhə istifadəçinin getdiyi istiqamətə dönür. Ayaqqabıda reallaşdırılmış əyləc sistemi insan öz yerində durduğu halda işləyir.

 

Mühəndislər qeyd edirlər ki, hələ ki "Ekto One" yalnız korporativ istifadəçilər üçün nəzərdə tutulub: o, hazırda istehlak istifadəsi üçün çox böyük, mürəkkəb və bahalıdır.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL