waplog

“Mi TV Master Series Xiaomi” seriyalı yeni “4К” və “8К” formatlı televizorlar nümayiş olunub


“Xiaomi” şirkəti “Mi TV Master Series” seriyasına aid 82 düym diaqonallı iki televizor modeli təqdim edib. “Mi TV Master Series 82” modeli “4К” təsvir ölçülü “IPS” ekranla təchiz edilib. “Mi TV Master Series 82 Ultra” modelində isə “8К” təsvir ölçülü “Mini LED” panelindən istifadə olunub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “4К” formatlı televizora 120 giqahers kadr tezlikli matrisa quraşdırılıb, eləcə də “HDMI 2.1” portu mövcuddur. Həmçinin “HDR”, “Dolby Atmos” texnologiyaları, “MIUI for TV 3.0” əməliyyat sistemi və “Xiao Ai 3.0” səsli köməkçi funksiyası dəstəklənir.

 

“8К” standartlı televizor 69 giqahers kadr tezlikli “8К” təsvir ölçülü “Mini LED” matrisası ilə təchiz olunub. Dördnüvəli prosessor (modelin adı açıqlanmır) təkcə belə parametrli görüntünü emal etmir, həm də videonu daha yüksək təsvir ölçüsünədək genişləndirir. Qurğu “4К” televizorda mövcud olan funksiya və texnologiyaları dəstəkləyir. Fərq səs altsistemindədir – o, “Sound Dynamic Wing” adlı səkkiz komponentdən ibarətdir. Tərtibatçıların sözlərinə görə, altsistemi effektivliyinə görə iki saundbara bərabərdir.

 

“Mi TV Master Series 82 Ultra” 4 giqabaytlıq operativ və 256 giqabaytlıq quraşdırılmış yaddaş, quraşdırılmış “5G” modemi, “Gigabit Ethernet” simli şəbəkə portu, “USB 3.0” çıxışı və “HDMI 2.1” videoçıxışı ilə təchiz edilib. Televizor yeni nəsil oyun konsolları ilə tam uyğunluq təşkil edir.

 

“Xiaomi Mi TV Master Series 82” sentyabrın 28-dən 1470 dollara Çində satışa çıxarılıb. 7335 dollara təklif olunacaq “Mi TV Master Series 82 Ultra” modelinin isə oktyabrın 21-dən etibarən satışa çıxarılması nəzərdə tutulur.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL