waplog

Dünyada elastik ekranla təchiz edilmiş ilk kompüter təqdim edilib


“Lenovo” şirkəti dünyada elastik ekranla təchiz edilmiş ilk kompüter təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, “ThinkPad X1 Fold” adlandırılmış yeni qurğu 13 düymlük elastik OLED displeylə təchiz edilib və bunun sayəsində qurğunu planşet və virtual klaviaturalı mininoutbuk rejimində istifadə etmək olar.

 

İstifadəçi fiziki klaviaturadan istifadə etmək istədikdə ya simsiz variant, ya da “ThinkPad X1 Fold” üçün xüsusi olaraq hazırlanmış maqnit bərkitmədən istifadə edə bilər.

 

Yeni qurğu 11-ci nəsil “Intel Core” prosessoru ilə təchiz edilib, 2 ədəd “USB-C” portuna və SİM kart üçün slota malikdir. Elastik ekranlı noutbuk 8 QB əməli yaddaşa malikdir, daxili yaddaşın tutumu isə 1 TB-dək ola bilər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL