waplog

“Amazon” ovuc vasitəsilə ödəniş texnologiyasını təqdim edib


"Amazon" şirkəti ovuc vasitəsilə yeni ödəmə texnologiyasını təqdim edib. Mühəndislər ovucun unikal xüsusiyyətlərindən (xətlər, əyriliklər və vena damarlarının naxışları) istifadə edirlər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, pərakəndə ticarətin inkişafı ilə məşğul olan "Amazon" şirkətinin komandası tərəfindən təqdim edilmiş yeni biometrik qurğu alıcılara "Amazon Go" mağazalarında ovuc vasitəsilə ödəniş etməyə imkan verir. İstifadəçi ilk öncə ödəniş kartını şirkət tərəfindən təqdim edilmiş təmassız "Amazon One" skanerinə tanıtdırır, bundan sonra "ovuc imzası" ilə ödəniş mexanizmini əlaqələndirmək üçün qurğunu ovcuna bərkidir. Bundan sonra istifadəçi ovcunu "Amazon One" qurğusunun üstündə 1 saniyə saxlamaqla ödəniş edə bilər.

 

Mühəndislər "ovuc imzası" dedikdə onun fərdi xüsusiyyətlərini (xətlər, əllərdəki əyriliklər və vena damarlarının naxışları) nəzərdə tuturlar. Əvvəlcə yeni texnologiya "Amazon"un Sietldəki mağazalarında, sonra başqa mağazalarında tətbiq ediləcək.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL