waplog

“Android” sistemli smartfonlar üçün təhlükəli mobil proqramlar aşkarlanıb


"Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonlar üçün 17 mobil əlavədə məqsədi istifadəçilərin fərdi məlumatlarının oğurlanmasından ibarət təhlükəli zərərli proqram təminatı aşkarlanıb. Bu barədə "bulud" texnologiyaları təhlükəsizliyində ixtisaslaşan "Zscaler" şirkətinin saytında deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, mütəxəssislərin sözlərinə görə, söhbət rəsmi "Google Play" əlavələr mağazasına daxil olmaq üçün istifadə olunan "Joker" virusundan gedir.

 

Məlumata görə, şirkət əməkdaşları tərəfindən azı 17 təhlükəli proqram aşkarlanıb. Onlar arasında tərcümə proqramı, məlumat mübadiləsi üçün messencerlər, foto ilə iş üçün mobil əlavə, "PDF" fayl konverteri yer alıb. İstifadəçilər tərəfindən proqramlar ümumilikdə 120 min dəfə yüklənilib.

 

"Joker" virusu "Android" sistemli smartfona uğurla quraşdırıldıqda "SMS" bildirişləri, kontaktlar siyahısını, qurğu haqqında informasiyanı oğurlaya bilər. Hazırda aşkarlanan bütün əlavələri yükləmək mümkün deyil.

 

"Zscaler" şirkəti "Android" qurğu istifadəçilərini mobil əlavələrdən daxil olan sorğulara qarşı diqqətlə olmağa səsləyib. Belə ki, potensial zərərli proqram təminatını eyni anda bildirişlərə, kontaktlara və zənglər siyahısına daxil olmaq üçün icazə əsasında müəyyənləşdirmək olar. Həmçinin proqramlar haqqında rəyləri oxumaq böyük əhəmiyyət kəsb edir.

 

"Joker" virusunun aktivliyi barədə məlumatlar iyunda yayılmağa başlayıb. O vaxt "Google Play" mağazasının minimum iki mobil əlavəsi istifadəçilər üçün təhlükəli olub. Casus modulu "Speed Message-Beautiful and cute" və "Botmatic Messages" əlavələrində aşkarlanıb. Uşaq və yeniyetmə proqramları mətnli bildirişlərin mübadiləsi üçün nəzərdə tutulub.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL